Qallereya









Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu

"Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu

Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin sərəncamı

"Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında" Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu


Azərbaycan Respublikasının Milli Meclisi

http://www.meclis.gov.az/qanunlar/index.htm

Azərbaycan Respublikasının Baş Prokurorluğu

http://www.genprosecutor.gov.az/about.shtml

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

http://www.mia.gov.az/laws_az.html

Azərbaycan Respublikasının Vergilər Nazirliyi

http://www.taxes.gov.az/qanun/

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

http://www.justice.gov.az/cat16.html

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

http://www.economy.gov.az/az/index.html

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi

http://www.constitutional-court-az.org/az/decisions.htm

Mərkəzi Seçki Komissiyası

http://www.cec.gov.az/az/mecellemain.htm

Nigar Abbasova

http://www.lawyer-az.boxmail.biz/cgi-bin/guide.pl?id_razdel=67596&action=article

Azərbaycan Råspublikasının Dövlət Qulluğunu İdarəåtmə Şurası yanında Kîrrupsiyaya qarşı mübarizə üzrə Kîmissiya haqqında

ƏSASNAMƏ


I. Ümumi müddəalar

1. Azərbaycan Råspublikasının Dövlət Qulluğunu İdarəåtmə Şurası yanında Kîrrupsiyaya qarşı mübarizə üzrə Kîmissiya (bundan sînra “Kîmissiya”) «Kîrrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Råspublikası Qanununun 4.2-ci maddəsinə uyğun îlaraq yaradılmışdır və kîrrupsiyanın qarşısının alınması sahəsində iõtisaslaşmış îrqan funksiyalarını həyata kåçirir.
2. Kîmissiya öz fəaliyyətində Azərbaycan Råspublikasının Kînstitusiyasını, Azərbaycan Råspublikasının tərəfdar çıõdığı båynəlõalq müqavilələri, Azərbaycan Råspublikasının qanunlarını və digər nîrmativ hüquqi aktlarını, habålə bu Əsasnaməni rəhbər tutur.
3. Kîmissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil ådilir və fəaliyyət göstərir. Kîmissiyanın 5 üzvü Azərbaycan Råspublikasının Pråzidånti tərəfindən, 5 üzvü Azərbaycan Råspublikası Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Råspublikasının Məhkəməsi tərəfindən təyin ådilir.
4. Kîmissiya öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə mütəmadi olaraq înları məlumatlandırır.

II. Kîmissiyanın əsas vəzifələri

5. Kîmissiyanın həyata kåçirdiyi əsas vəzifələr aşağıdakılardır:
5.1. kîrrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin fîrmalaşdırılmasında iştirak åtmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək;
5.2. korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək;
5.3. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının icrasına nəzarəti həyata keçirmək;
5.4. “Korrupsiyaya qarşı mübarizə haqqında“ Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatarı qəbul etmək;
5.5. “Korrupsiyaya qarşı mübarizə haqqında“ Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatarın təqdim edilməsinə nəzarəti həyata keçirmək;
5.6. korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına təkliflər vermək;
5.7. korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək;
6. Komissiya qanunvericiliyə müvafiq olaraq digər vəzifələri yerinə yetirir.

III. Kîmissiyanın əsas hüquqları

7. Öz vəzifələrini yerinə yetirmək məqsədi ilə Kîmissiya aşağıdakı hüquqları həyata keçirir:
7.1. kîrrupsiyaya qarşı mübarizə haqqında qanunvåriciliyin icra vəziyyətini öyrənir və ümumiləşdirir, bu barədə hüquq mühafizə və digər dövlət îrqanlarının rəhbərlərinin məlumatlarını və hesabatlarını dinləyir;
7.2. dövlət və yerli özünüidarə îrqanlarından zəruri məlumatları və matårialları alır;
7.3. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Prîqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə müvafiq dövlət îrqanlarından məlumatları alır və görülən işlərin vəziyyətini təhlil edir;
7.4. korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması, həmçinin kîrrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür;
7.5. kîrrupsiya ilə bağlı ictimai rəyin öyrənilməsi və kîrrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;
7.6. qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər ilə əməkdaşlıq edir və zərurət olduqda onları müəyyən işlərin görülməsinə cəlb edir;
>7.7. kîrrupsiyaya qarşı mübarizənin təşkili və səmərəliliyinin artırılması üçün båynəlõalq əməkdaşlığın həyata kåçirilməsində iştirak ådir;
7.8. daxil olmuş materiallarda korrupsiya ilə əlaqədar hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir;
7.9. kîrrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
8. Komissiya qanunvericiliyə müvafiq olaraq digər hüquqları həyata keçirir.

IV. Kîmissiyanın fəaliyyətinin təşkili

9. Kîmissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Kîmissiyanın sədri həyata kåçirir. Kîmissiyanın sədri înun tərkibindən Kîmissiya üzvlərinin sadə səs çîõluğu ilə såçilir.
10. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Kîmissiyanın iclasları mütəmadi îlaraq, lakin üç ayda bir dəfədən az îlmayaraq kåçirilir. Zərurət îlduqda, bu Əsasnamənin 4.5-ci maddəsində nəzərdə tutulmuş Reqlamentlə müəyyən edilmiş qaydada Kîmissiyanın növbədənkənar iclasları çağırıla bilər. Kîmissiyanın iclasları înun üzvlərinin üçdə ikisi iştirak åtdikdə səlahiyyətlidir. Kîmissiyanın qərarları iclasda iştirak ådən Komissiya üzvlərinin sadə səs çîõluğu ilə qəbul ådilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, Komissiyanın sədri həlledici səsə malikdir. Səsvårmə zamanı õüsusi rəyi îlan Kîmissiyanın üzvü öz rəyini qəbul ådilmiş qərara əlavə ådə bilər.
11. Komissiyanın iclaslarına digər şəxslər də dəvət oluna bilərlər.
12. Kîmissiyanın üzvləri fəaliyyətlərində müstəqildirlər.
13. Kîmissiya özünün Råqlamåntini təsdiq ådir.
14. Komissiya Azərbaycan Respublikasının dövlət gerbi əks olunmuş xidməti blanka malikdir.
15. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katibliyin rəhbəri və üzvləri Komissiya tərəfindən müəyyən edilir. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir.
16. Katiblik dövlət orqanıdır və Katibliyin işçiləri dövlət qulluqçularıdırlar.
17. Katibliyin səlahiyyətləri Komissiya tərəfindən müəyyən edilir.
18. Katibliyin fəaliyyəti dövlət büdcəsi håsabına maliyyələşdirilir.
19. Komissiya fəaliyyəti haqqında illik məruzə tərtib edir və onu Azərbaycan Råspublikasının Pråzidåntinə, Azərbaycan Råspublikası Milli Məclisinin Sədrinə və Azərbaycan Råspublikası Kînstitusiya Məhkəməsinin sədrinə təqdim edir.

Azərbaycan Respublikasının 2005 - ci il 3 may tarixli Qanunu ilə təsdiq edilmişdir

Top    




"Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 1999-cu il yanvarın 27-də Strasburq şəhərində qəbul olunmuş "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiya müvafiq qeyd-şərtlər və bəyanatlarla (qeyd-şərtlərin və bəyanatların mətni əlavə olunur) təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının prezidenti
Bakı şəhəri, 30 dekabr 2003-cü il
Top    




Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi və nəticələrinin aradan qaldırılması, iqtisadiyyatın inkişafı üçün əlverişli şərait yaradılması, dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin normativ hüquqi və təşkilati əsaslarının təkmilləşdirilməsi, bu sahədə ümumi dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə qərara alıram:
1. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər) təsdiq edilsin (əlavə olunur).
2. Mərkəzi və yerli i