|
KORRUPSİYAYA QARŞI MÜBARİZƏ LAYİHƏSİ BARƏDƏ QISA MƏLUMAT
LAYİHƏNİN MƏQSƏDİ :
Layihənin məqsədi; 03 mart 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə imzaladığı sərəncam və qanunla əlaqədar əhalinin hüquqi maarifləndirilməsi və qeyd olunan qanun barədə əhali arasında ictimai rəyin düzgün formalaşdırılmasıdır
LAYİHƏNİN VƏZİFƏLƏRİ :
1. İctimayyətin diqqətini yeni qəbul edilmiş «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununun təbliği vasitəsi ilə korrupsiya problemlərinin aradan qaldırılmasında ictimayyətin aktivliyini artırmaq 2. Korrupsiya sahəsində qəbul edilmiş qanunvericilik aktlarının (Yerli, regional, beynəlxalq) təbliği və ictimaiyyətin bu sahədə hüquqi maarifləndirilməsi 3. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsinə qədər cəmiyyətdə mövcud qanun barədə təsəvvürlərin yaradılması 4. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununun və onun icrası vəziyyətinin, qeyd olunan qanunun beynəlxalq normalara uyğunluğunun monitorinqi 5. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunu ilə əlaqədar cəmiyyətin müxtəlif təbəqələri arasında hüquqi maarifləndirmə və tədris 6. KİV vasitəsi ilə mövcud problem və layihənin icrası barədə məlumatların ictimaiyyətin diqqətinə çatdırılması
LAYİHƏ VƏZİFƏLƏRİNƏ ƏSASƏN HƏYATA KEÇİRİLƏCƏK FƏALİYYƏT İSTİQAMƏTLƏRİ :
- «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunu və onun həyata keçirilməsi mexanizmlərinin ictimai müzakirəsi sahəsində Dəyirmi Masaların keçirilməsi
Dəyirmi masalar aşağıdakı mövzular üzrə keçiriləcəkdir :
1. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiqi perspektivləri. 2. Korrupsiyaya görə cinayət məsuliyyəti və mulki məsuliyyət haqqında konvensiyaların Azərbaycanda tətbiqi. 3. Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri. 4. Korrupsiyaya qarşı mübarizini həyata keçiriən orqanlar. 5. Dövlət Qulluğunu İdarəetmə Şurası Yanında Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya. 6. Korrupsiyanın qarşısının alınmasında maliyyə xarakterli tədbirlərin rolu. 7. Hədiyyələr və Korrupsiya. 8. Korrupsiya ilə əlaqədar hüquqpozmalar və vəzifəli şəxslərin məsuliyyəti. 9. Korrupsiya ilə mübarizədə ictimaiyyətin və vətəndaş cəmiyyətinin rolu. 10. Korrrupsiya ilə mübarizədə gənclərin və gənc hüquqşünasların rolu. 11. Korrupsiya ilə mübarizədə beynəlxalq təşkilatların tövsiyyələrinin həyata keçirilməsi. 12. Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramının monitorinqi.
Dəyirmi masalarla yanaşı aşağıdakı tədbirlər də həyata keçiriləcəkdir
- «Korrupsiya ilə mübarizə sahəsində yerli və beynəlxalq sənədlər» adlı toplunun çapı - «Korrupsiya nədir və onunla necə mübarizə aparmaq olar» adlı bukletlərin çapı - Korrupsiyaya qarşı mübarizə mövzusunda İnternet şəbəkəsində səhifənin yaradılması - Korrupsiya haqqında yerli qanunvericiliyin beynəlxalq standartlara münasibətdə müqayisəli analizi və çap olunması - Korrupsiya ilə mübarizə sahəsində QHT-lərə təlimlərin keçirilməsi - Milli Təlim Modullarının hazırlanması - Gənclər, Gənc hüquqşünaslar üçün korrupsiya ilə mübarizə sahəsində təlimlərin keçirilməsi - Televiziya vasitəsi ilə korrupsiya problemi ilə əlaqədar Tok-Şou-nun keçirilməsi - Korrupsiyaya qarşı mübarizə xarakterli sosial reklamların qəzetlərdə çapı. Layihə ATƏT tərəfindən maliyyələşdirilir.
|